Quba Tarix – Diyarşünaslıq Muzeyi XX əsrin I yarısında Azərbaycanda təşkil olunan muzeylərdən biridir.İlk dəfə 1924 – cü ildə “Cami” məscidinin mədrəsəsində yaradılan muzey 1943 – cü ildə ildən Bakıxanovun yaşadığı evdə fəaliyyət göstərmişdir.
Dövrün tələblərinə uyğun olaraq 2012 – ci ildə Quba Tarix – Diyarşünaslıq muzeyinin yeni binasının tikintisinə başlanılır.Binanın tikintisi 2014 – cü ildə başa çatır.Ümumi sahəsi 1620 m2 – dir.Bina 1 zirzəmi , 3 mərtəbədən ibarətdir.Binada işçilər üçün xidməti otaqlar, akt zalı, fond otaqları, yeməkxana, 2 və 3 – cü mərtəbələrdə ekspozisiya zalları və digər xidməti otaqlar var.Muzey binası müasir tələblərə cavab verir.
Muzeyin əsas və köməkçi fondunda 10 mindən çox eksponat qorunub saxlanılır.
Muzeyin rayonda daha 2 filialı var.Bunlardan biri Amsar kəndində o0lan A.A.Bakıxanovun ev – memorial muzeyi və şəhər ərazisində yerləşən “ Şəhidlər xatirə muzeyi “dir.